Əhmədov Əsgər Əhmədkişi
MAHHXHQ baş çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Əhmədov Əsgər Əhmədkişi

Ata adı: Əhmədkişi

🐣
Doğum — Quba Paşaoba kəndi
🕊️
Şəhadət — Cəbrayıl
📍
Dəfn Olunduğu Yer Quba Paşaoba kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ baş çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əsgər Əhmədov 1990-cı il noyabrın 9-da Quba rayonunun Bərqov kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Əsgər Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əsgər Əhmədov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Əhmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsgər Əhmədov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit, dürüst, səmimi, mehriban biri idi. Olduqca vətənpərvər vətəni, bayrağını, millətini sevən biri olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Quba rayon Paşaoba orta məktəb
İş Yeri Azərbaycan Respublikası Daxili Qoşunları
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Əhmədov Əhmədkişi Baba oğlu Ana: Əhmədov Dünə Minac qızı Qardaş: Əhmədov Baba Əhmədkişi 1oğlu Həyat yoldaşı: Əhmədova Mələkxanım Azər qızı Oğlu: Əhmədzadə Özcan Əsgər oğlu Oğlu: Əhmədzadə Ömər Əsgər oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər