Əhmədov İlqar Xəqani
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əhmədov İlqar Xəqani

Ata adı: Xəqani

🐣
Doğum — Kürdəmir İsmayıllı kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Kürdəmir İsmayıllı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əhmədov İlqar Xəqanı oğlu 18 mart 1999-cu ildə Kürdəmir rayonu İsmayıllı kəndində dünyaya gəlib.  Hərbi xidmətini başa vurduqdan bir müddət sonra-İkinci Vətən Müharibəsi başlamazdan bir həftə əvvəl, sentyabrın 21-də isə səfərbərliyə cəlb olunuub.

Döyüş yolu Xocavəndəcən davam edib və müharibənin başa çatmasına 5 gün qalmış, noyabrın 9-də Şəhidlik məqamına ucalıb.

Amma nəşini 15 gündən sonra əldə etmək mümkün olub və noyabrın 20-də dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən İlqar Əhmədov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Çox mehriban, ailəcanlı, ata-ana qədri bilən uşaq idi. Məktəbdə idmana, hərbi oyunlara çox meyli vardı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Kürdəmir rayonu, Böyük Kəngərli kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əhmədov Xəqani Xancan oğlu Ana: Əhmədova Validə Vəlican qızı Qardaş: Əhmədov Rüstəm Xəqani oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər