Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: İlqar
İslam Əhmədov 1994-cü il sentyabrın 19-da Mingəçevir şəhərində anadan olub. Subay idi. Qardaşı Əli Əhmədovda Vətən müharibəsində şəhid olub.
Azərbaycan Ordusunun əsgəri olan İslam Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İslam Əhmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.
İslam Əhmədov sentyabrın 28-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İslam Əhmədov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalı, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Mülayim, zəhmətkeş, gülərüz, işini sevən insan idi.
Ata: Əhmədov İlqar Müslüm oğlu Ana: Əhmədova Sevinc Səlim qızı Qardaş: Əhmədov Əli İlqar oğlu (Vətən Müharibəsi şəhidi)