Əhmədov Mahmud Fərman
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əhmədov Mahmud Fərman

Ata adı: Fərman

🐣
Doğum — Ağstafa
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Ağstafa Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mahmud Əhmədov 1989-cu il avqustun 2-də Ağstafa rayonunda anadan olub. 1995–2001-ci illərdə Ağstafa rayon A. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə, 2001–2006-cı illərdə isə Ağstafa rayon Texniki-humanitar Təmayüllü Liseyində təhsil alıb. Ailəli idi. İki qızı yadigar qaldı.

Mahmud Əhmədov 2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2007–2009-cu illərdə Silahlı Qüvvələrin Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2009-cu ildə MAHHXHQ hazırlıq kursunu bitirərək Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissənində xidmətə başlayıb.

2013-cü ildə "Azərbaycan Ordusunun 95 illiyi" yubiley medalı ilə təltif edilib. 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən Aprel döyüşlərində qəhrəmancasına iştirak edib. 2018-ci ildə 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib.

Xidmətdə olduğu müddətdə nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə müxtəlif fəxri fərmanlarla təltif edilib.
Azərbaycan Ordusunun əsgəri olan Mahmud Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. Müharibənin ilk günü Tərtər istiqamətində gedən döyüşlərdə tankı düşmən tərəfindən vurulub və yaralanıb. Oktyabrın 18-dək Bərdə rayon xəstəxanasında müalicə alıb. Müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə qatılıb. Noyabrın 3-də Laçın rayonu istiqamətində gedən şiddətli döyüşlərdə Mahmud Əhmədovun idarə etdiyi tank düşmən tərəfindən vurulub və o, şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mahmud Əhmədov ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mahmud Əhmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mahmud Əhmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, qorxmaz, cəsarətli insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağstafa şəhər texniki humanitar təmayüllü lisey
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Əhmədov Fərman Mahmud oğlu Ana: Əhmədova Aybəniz Mərdan qızı Bacı: Əhmədova Günel Fərman qızı Qardaş: Əhmədov Tural Fərman oğlu Bacı: Əhmədova Aysun Fərman qızı Həyat yoldaşı: Əhmədova Zəhra İman qızı Qızı: Əhmədova Nur Mahmud qızı Qızı: Əhmədova Mələk Mahmud qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər