Əhmədov Namiq Hajan
Mayor
🇦🇿 Azərbaycan Şəhidi

Əhmədov Namiq Hajan

Ata adı: Hajan

🐣
Doğum — Qazax Yuxarı Salahlı, Qazax rayonu
🕊️
Şəhadət — Tovuz
📍
Dəfn Olunduğu Yer Qazax Yuxarı Salahlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mayor
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tovuz

Təltif Edildiyi Orden və Medallar

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Namiq Əhmədov 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2006-cı ildə ali hərbi məktəbi artilleriya ixtisası ilə bitirmişdir. 2007-ci ildə Təlim Tədris Mərkəzində zabit kursunda təhsilini davam etdirmişdir.

Təlim Tədris Mərkəzində təhsilini başa vurduqdan sonra "N" saylı hərbi hissədə hərbi vəzifəsinə başlamışdır.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlarda Namiq Əhmədov da yaxından iştirak edirdi. Döyüşlərdə fərqlənməsi və fəallığı yüksək qiymətləndirilmiş, fəxri fərmanla təltif edilmişdir. Həmçinin, ona vaxtından əvvəl mayor rütbəsi verilmişdir.

2020-ci il iyulun 12-dən 13-nə ötən gecədən başlayaraq cəbhənin Tovuz rayonu, xüsusilə, rayonun Ağdam kəndi istiqamətində şiddətli döyüşlər başladı. Bu döyüşlər tarixə Tovuz döyüşləri olaraq yazıldı. Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Namiq Əhmədov da bu döyüşlərdə xüsusi fəallıqla vuruşurdu. O, 2020-ci il iyulun 13-dən 14-nə ötən gecə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.

İyulun 14-də Namiq Əhmədov, doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olundu. Onunla vida mərasiminə Ordunun zabitləri də qatıldı.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Əhmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, vətənpərvər, cəsur hərbiçi idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qazax rayonunun Yuxarı Salahlı
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə
İş Yeri Azərbaycan Respublikası, Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Əhmədov Hajan Məhəmməd oğlu Ana: Firəngiz Əhmədova Mürsəl qızı Həyat yoldaşı: Əhmədova Nərgiz Oruc qızı Oğlu: Məhəmməd Əhmədov Namiq oğlu Qızı: Nigar Əhmədova Namiq qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər