📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Həsən
Nicat Həsən oğlu Əhmədov 1998-ci il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Ailəsi əslən Şuşadandır, ancaq 1991-ci ilədək Xankəndi şəhərində yaşayıblar. Həmin il erməni separatçıları Xankəndidən azərbaycanlı əhalini didərgin salarkən ailə Ağdama pənah gətiriblər. 1993-cü ildə düşmən Ağdamı da zəbt edir, Əhmədovlar ailəsi oradan da köçkün düşür...
Nicat paytaxtın Nizami rayonundakı 62 və Y.Kovalyov adına 229 nömrəli orta məktəblərdə təhsil alıb. 2016-cı ildə yüksək balla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dövlət və ictimai münasibətlər ixtisasına qəbul olunub.
Universiteti bitirdikdən sonra, 2020-ci ilin iyulunda hərbi xidmətə yollanan Nicat əsgərlikdə rabitə bölüyündə qulluq edib. Sentyabrın 22-də – doğum günündə yaxınları onu görməyə gəlir, bu günü ailəsi ilə birlikdə hərbi hissədə qeyd edir. Beş gün sonra Vətən müharibəsi döyüşləri başlayır. Nicat da bu müqəddəs döyüşlərə qoşulur. Nicat oktyabrın 8-i səhər saatlarında Füzuli istiqamətindəki döyüşlərdə şücaət göstərərək əbədiyyətə qovuşub.
Nicat Əhmədov oktyabrın 9-da paytaxtın Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Nicat Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nicat Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Hər bir vəziyyətdə şən, pozitiv və dostcanlı idi və gələcəyə ümidlə baxırdı. Döyüşə evə xəbər vermədən getmişdi.
Ata: Əhmədov Həsən Musa oğlu Ana: Əhədova Xatirə Xosrov qızı Bacı: Əhmədova Lalə Həsən qızı