Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Rəşid
Qalib Əhmədov 10 sentyabr 2001-ci ildə Şəki rayonu Əliyar kəndində anadan olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 29-da Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Qalib Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mülayim təbiətli biri olub. Hərbi xidmətdə olan zaman atasına deyibmiş ki, gəlib maşın alacam. Ata-anası şəhidin oxuyub ali təhsilli biri olmağını istəyirmiş, lakin o hərbiçi olmaq arzusundaymış.
Ata: Əhmədov Rəşid Sadəddin oğlu Ana: Əhmədova Validə Qüddəsər qızı Qardaş: Əhmədov İlkin Rəşid oğlu