Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Ələkbər
Rəşad Əhmədov 2002-ci il iyun ayının 17-də Şəki şəhərində anadan olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. Suqovuşan, Ağdərə uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub.
2020-ci il, oktyabrın 1-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən atılan silah mərmisinin partlayışı nəticəsində şəhid olub. Rəşad Əhmədovun nəşi ölümündən 90 gün sonra, dekabr ayının 30-da Şəkinin "Dovşan düzü" qəbiristanlığında, Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medallarıyla təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rəşad Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Tərbiyəli, şirindil, sakit, qayğıkeş, ailəyə bağlı bir insan olub.
Ana: Əhmədova Şərafət Nəbi qızı Ata: Əhmədov Ələkbər Rəcəb oğlu Qardaş: Əhmədov Rəcəb Ələkbər oğlu