Əhmədov Səbuhi Fuad
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Əhmədov Səbuhi Fuad

Ata adı: Fuad

🐣
Doğum — Sumqayıt
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Bakı İkinci Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Azərbaycan Ordusunun şəhid giziri Səbuhi Əhmədov 21 dekabr 1996-cı ildə Sumqayıtda doğulub. Valideyn himayəsindən məhrum olan Səbuhi Əhmədov "SOS" Uşaq Kəndləri – Azərbaycan” sakini olub. Bakı şəhərində yerləşən 269 saylı tam orta məktəbdə və Bakı Qida Sənayesi Kollecində təhsil alıb.

Səbuhi Əhmədov Vətən müharibəsinin də iştirakçısı olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Səbuhi Əhmədov 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. 14 sentyabr 2022-ci ildə Bakıda İkinci Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Səbuhi Əhmədov  “Azərbaycan Bayrağı” ordeni ilə tətif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Səbuhi Əhmədov “Vətən uğrunda” medalı ilə tətif edilib. 

Subay idi.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, qorxmaz insan olub. Vətəninə çox bağlı idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 269 saylı tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Qardaş: Əhmədov Sənan Fuad oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər