Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Rasim
Əhmədov Səyadulla Rasim oğlu 29 dekabr 1998-ci ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində anadan olub.
Səyadulla Vətən müharibəsində cəbhənin cənub istiqamətindəki döyüşlərdə sərrast atəşlə dəfələrlə düşmənin canlı qüvvəsini və texnikasını məhv edib.Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda qəhrəmancasına döyüşüb. Səyadulla Əhmədov 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən Səyadulla Əhmədov ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə", "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Səyadulla Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sakit, mülayim, torpaqları sevən, ailəyə bağlı biri olmuşdur. Dostlarına sadiq insan olmuşdur.
Ata: Əhmədov Rasim Adil oğlu Ana: Əhmədova Yeganə Gülağa qızı Qardaş: Əhmədov Sadiq Rasim oğlu