Əhmədov Vüsal İlqar
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Əhmədov Vüsal İlqar

Ata adı: İlqar

🐣
Doğum — Kürdəmir Qarasu kəndi
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Kürdəmir Qarasu kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əhmədov Vüqar İlqar oğlu 24 yanvar 1993-cü ildə Kürdəmir rayonunun Qarasu kəndində anadan olub. Kürdəmir rayonu Qarasu kənd tam orta məktəbində orta təhsil alıb. Uşaqlıqdan idmana və hərb sahəsinə böyük marağı olub. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı” kurslarında iştirak edib, “gizir” rütbəsi ilə xidmətini davam etdirib.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Əhmədov Vüqar İlqar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda  şəhid olub.

Kürdəmir rayonunun Qarasu kənd qəbiristanlığında dəfn edilib.

Ailəli idi. Bir övladı yadigar qalıb.

Xatirələrdə Yaşayan Şəhid:

Həyat yoldaşı Əhmədova Yeganə – Vüsalın hərbi sahəyə olan marağı gec də olsa onu hərbidə işə başlamağı ilə nəticələndi. Vətən müharibəsində gedib könüllü yazılsa da onu müharibəyə aparmadılar. Çox məyus olmuşdu. Müharibə bitdikdən sonra bir neçə dəfə gedib gəldi hərbiyə düzəlmək üçün nəhayət düzəldi də. Antiterror əməliyyatı zamanı da ən fəal iştirak edənlərdən olmuşdu. Sonuncu dəfə evdə olanda və gedəndə övladımız Eşqin onu buraxmırdı getməyə, elə bil uşağın da ürəyinə dammışdı ki, bu atasıyla sonuncu görüşdür. Buna hamımız məəttəl qalmışdıq və telefona da çəkdik həmin kadrları. Bizə ciddi gəlməyən bu hərəkət sən demə uşağın bizə demək istədiyi idi ki, siz də atamla sonuncu dəfə görüşürsüz...Bu həqiqətən son görüş oldu. O bizim və hamının qəhrəmanı oldu. Övladını da çalışıb onun kimi qəhrəman böyüdəcəyəm...

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Kürdəmir rayonu Qarasu kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Əhmədov İlqar Mirzə oğlu Ana: Əhmədova Şükufə Namət qızı Qardaş: Əhmədov Anar İlqar oğlu Bacı: Əhmədova Asilə İlqar qızı Həyat yoldaşı: Əhmədova Yeganə Daşqın qızı Oğlu: Əhmədov Eşqin Vüsal oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər