Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ələsgər
Əhmədov Yusif Ələsgər oğlu 1989-cu il dekabr ayının 22-də Xocavənd rayonu Hadrut qəsəbəsində anadan olmuşdur. Yusif Əhmədov orta təhsilini Azər Quliyev adına Alxanlı kənd orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Yusif Əhmədov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.
Yusif Əhmədov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Yusif Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Əhmədov Ələsgər Əziz oğlu Ana: Əhmədova Nailə Məhəmməd qızı Qardaş: Əhmədov Yasin Ələsgər oğlu Qardaş: Əhmədov Asif Ələsgər oğlu Bacı: Əhmədova Aynurə Əlsəgər qızı Oğlu: Əhmədov Tuncay Yusif oğlu Oğlu: Əhmədov Tunar Yusif oğlu Qızı: Əhmədova Zəhra Yusif qızı Qızı: Əhmədova Yağmur Yusif qızı