Əhmədov Zamiq Çingiz
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əhmədov Zamiq Çingiz

Ata adı: Çingiz

🐣
Doğum — Göyçay Ləkçıplaq kəndi
🕊️
Şəhadət — Ağdam
📍
Dəfn Olunduğu Yer Göyçay Ləkçıplaq kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Zamiq Əhmədov 1987-ci il noyabrın 16-da Göyçay rayonunun Ləkçılpaq kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Zamiq Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Zamiq Əhmədov sentyabrın 27-də Ağdam istiqamətində şəhid olub. Göyçay rayonunun Ləkçılpaq kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamiq Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamiq Əhmədov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Zamiq Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailə üzvləri bildirir ki, Zamiq çox vətənpərvər idi. Tək arzusu vardı ki, Qarabağı azad görsün.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göyçay rayonu, Ləkçıplaq kənd orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Əhmədov Çingiz İsrayıl oğlu Ana: Əhmədova Dərya Məhyəddin qızı Həyat yoldaşı: Əhmədova Çinarə Elşad qızı Oğlu: Əhmədli Sərkan Zamiq oğlu Oğlu: Əhmədli Turqut Zamiq oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər