Əhmədxanov Ceyhun Xanlar
t/x kapitanı
🇦🇿 Azərbaycan Şəhidi

Əhmədxanov Ceyhun Xanlar

Ata adı: Xanlar

🐣
Doğum — Bakı Qaradağ rayonu, Lökbatan qəsəbəsi
🕊️
Şəhadət — Xızı Qaraheybət Aviasiya Poliqonu
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə t/x kapitanı
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Həqiqi hərbi xidmət

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ceyhun Əhmədxanov 18 oktyabr 1988-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində anadan olmuşdur. Əslən Şəki rayonunun Qumux kəndindəndir. Bakı şəhər 288 saylı orta məktəbini və Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. 2021-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə (bakalavr pilləsi) ikinci ali təhsilini başa vurmuşdur. Subay idi.
Ceyhun Əhmədxanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olduqdan sonra tibb xidməti leytenantı kimi Azərbaycanın Fövqəladə Hallar Nazirliyində vəzifəsinə başlamışdır. Bir neçə il bu vəzifədə işlədikdən sonra xidmətini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında davam etdirmişdir.

Azərbaycan Ordusunun tibb xidməti kapitanı olan Ceyhun Əhmədxanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Yaralılara tibbi yardım göstərmiş və onları müalicə etmişdir. Müharibə bitdikdən sonra "kapitan" rütbəsi ilə xidmətini davam etdirmişdir.

Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Əhmədxanov Ceyhun ölümündən  sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin  hərbi qulluqçusu Ceyhun Əhmədxanov  ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 288 saylı orta məktəbi
Ali Təhsil Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
İş Yeri Dövlət Sərhəd Xidməti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əhmədxanov Xanlar Ana: Rəqibə Əhmədxanova

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər