Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Ağaəhməd
Famil Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda dünyaya göz açmışdır. İbtidai təhsilə 1982-ci ildə Milli Qəhrəman Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində başlamışdır. Famil məktəbdə ən savadlı şagirdlərdən biri olmuşdur. Elə bunun məntiqi nəticəsi kimi, o, orta məktəbi 1992-ci ildə əlaçı məzun kimi bitirmişdir.
Orta məktəbi bitirən Famil, elə həmin il Azərbaycanın ilk test üsulu ilə keçirilən imtahanında iştirak etmiş, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya ixtisasına qəbul olunmuşdur. O, akademiyanın sayılıb-seçilən tələbələrindən olub. 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirmiş, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi ilə məzun olmuşdur.
Famil Əhmədzadə 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində tarix müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşmüşdür. 8 fevral 1999-cu ildən leytenant kimi Naxçıvan Muxtar Respublikasında xidmətə başlamışdır. Xidmətdə fərqləndiyi üçün baş leytenant rütbəsinə yüksəlmişdir. Elə həmin rütbə ilə 9 noyabr 2000-ci ildə ordudan tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdandan sonra yenidən həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirmişdir. Tarixçi kimi yetişdirdiyi yüzlərlə tələbəsi yüksək bal toplayaraq ali məktəblərə daxil olmuşlar.
2002-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2005-ci ildən YAP İsmayıllı rayon təşkilatının Şura üzvüdür. Rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş, bir sıra ictimai tədbirlərin təşkilatçısı olmuşdur.
Famil, 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına yazılmışıdır. Baş leytenant Əhmədzadə cəbhə yoldaşlarının döyüş ruhunu artıraraq onları qələbəyə səsləyirdi. O, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin müdafiəsində müstəsna rol oynamışdır. Oktyabrın 13-dən 14-nə keçən gecə Talış kəndi və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Əhmədzadə Familin nəşi 3 noyabr tarixində əvvəlcə yaşadığı evə, daha sonra İsmayıllı rayonu Şəhidlər Xiyabanına gətirilərək, şəhər sakinlərinin izdihamlı yürüşü ilə təntənəli surətdə dəfn edilmişdir.
Vida mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Başçının birinci müavini Rövşən Ağayev, Rayon Prokuroru Tural Yusifov, Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi Əfran Nəbiyev, oxuduğu və dərs dediyi məktəbin direktoru Əhmədağa Ələkbərov və tələbələri iştirak etmişlər.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 31 avqust 2021-ci il tarixli, 112 nomrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Əhmədzadə Famil Ağaəhməd oğlunun adının əbədiləşdirilməsi məqsədilə yaşadığı "Niyal" küçəsinin adının dəyışdirilərək Famil Əhmədzadə küçəsi adlandırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Famil Əhmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Famil Əhmədzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Famil Əhmədzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Famil Əhmədzadə ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi
Cəsur, mərd, ailəcanlı, mehriban, səmimi insan olub. Vətənini çox sevirdi. Vətəninə bağlı idi.
Ata: Əhməd Ağaəhməd Əsgər oğlu Ana: Əhmədova Sənubər Neymət qızı Həyat yoldaşı: Əhmədova Vüsalə Ramis qızı Oğlu: Əhmədli Fərid Famil oğlu