Əjdərli Şamxal Marif
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əjdərli Şamxal Marif

Ata adı: Marif

🐣
Doğum — Şəmkir Xuluf kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Şəmkir Xuluf kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şamxal Əjdərli 1997-ci il dekabrın 17-də Şəmkir rayonunun Xuluf kəndində anadan olub. 2004–2015-ci illərdə R. İsmayılov adına 2 saylı Xuluf kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Şamxal Əjdərli 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şamxal Əjdərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Şamxal Əjdərli oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Xuluf kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Əjdərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Əjdərli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Əjdərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Şamxal Əjdərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, ciddi, yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Rövşən İsmayılov adına 2 saylı Plan kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qədirov Marif Əjdər oğlu Ana: Qədirova Yeganə Rüstəm qızı Bacı: Əjdərli Nurlanə Maarif qızı Bacı: Əjdərli Rufanə Marif qızı Bacı: Əjdərli Səma Marif qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər