Əjdərov Rəhman Rasim
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Əjdərov Rəhman Rasim

Ata adı: Rasim

🐣
Doğum — Babək Kalbaoruc Dizə kəndi
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Babək Kalbaoruc Dizə kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəhman Əjdərov 1997-ci il mayın 14-də Babək rayonunun Kalbaoruc Dizə kəndində anadan olub. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun leytenantı olan Rəhman Əjdərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəhman Əjdərov noyabrın 9-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhman Əjdərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhman Əjdərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhman Əjdərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhman Əjdərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, mərd, cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Heydər Əliyev adına hərbi lisey
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əjdərov Rasim Ana: Əjdərova Məhrubə

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər