Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Raqub
Həsən Əkbərov 20 sentyabr 1997-ci ildə Yevlax rayonunun Yaldili kəndində Raqub Əkbərovun ailəsində anadan olmuşdur. Ata tərəfdən Ağdam rayonundan, ana tərəfdən Kəlbəcər rayonundan idi. Ağdam rayonu 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra Əkbərovlar ailəsi Yevlax rayonunda məskunlaşmışdır. Atası Raqub Əkbərov Həsən uşaq olan zaman vəfat etmişdir. Dayısı 1992-ci ildə Kəlbəcər istiqamətində şəhid olmuşdur. Həsən 2003-2014-cü illərdə orta təhsil almışdır. Subay idi.
Həsən Əkbərov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. 9 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam şəhər şöbəsində qeydiyyatdan keçərək müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətinə davam etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Həsən Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bu döyüşlər gedişatında Tərtər rayonunun Dəstəgül, Tərtər rayonunun Talış kəndində və digər ərazilərin istiqamətində gedən döyüşlərdə fərqlənmişdir. Həsən Əkbərov 30 sentyabr 2020-ci ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Əkbərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Əkbərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Həsən Əkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, dostcanlı, cəsur, mülayim xarakterili, qorxmaz, vətənpərvər, igid oğlan olub.
Ata: Əkbərov Raqub Hüseyin oğlu Ana: Əkbərova Sənibə Qənbər qızı Qardaş: Əkbərov İsmayıl Raqub oğlu Bacı: Əkbərova Bənövşə Raqubqızı Həyat yoldaşı: Əkbərova Cəmalə Nüsrət qızı Oğlu: Əkbərli Uğur Həsən oğlu