Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Faiq
İbarət Əkbərov 1993-cü il martın 21-də Yardımlı rayonunun Mirimli kəndində anadan olub. Ailəli idi və iki oğlu var.
Azərbaycan Ordusunun əsgəri olan İbarət Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbarət Əkbərov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbarət Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbarət Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İbarət Əkbərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İbarət Əkbərov ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi.
Atanın dediklərindən cox tərbiyəli atanı, ananı dinləyən böyük, kiçik yeri bilən uşaq olmuşdur.
Ata: Əkbərov Faiq Mətləb oğlu Ana: Əliyeva Kəmalə Vəli qızı Qardaş: Əkbərli Cəbrayıl Faiq oğlu Bacı: Əkbərova Nəzirə Faiq qızı Həyat yoldaşı: Əkbərli Aytel Fətəli qızı Oğlu: Əkbərov Polad İbarət oğlu Oğlu: Əkbərli Rəvan İbarət oğlu