Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Natiq
Əkbərov Şahid Natiq oğlu 22 oktyabr 1996-cı ildə Kürdəmir rayonun Məhərrəmli kəndində anadan olub. Kürdəmir rayonu Ərəbqubalı kənd tam orta məktəbində orta təhsil alıb. Orta təhsilini bitirdikdən sonra, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra bir müddət mülki işlərdə çalışıb, daha sonra yenidən orduya qayıdaraq Azərbaycan Silahlı Qüvvələrində MAHHXHQ kimi xidmətini davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əkbərov Şahid Natiq oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı rayonun Dəhrəz kəndində şəhid olub.
Kürdəmir rayonunun Məhərrəmli kənd qəbristanlığında dəfn edilib
Anası Əkbərova Aybəniz – Şahid başqa bir oğul idi. Həyat dolu, sevgi dolu, istəməli oğul idi. Hərbçi həyatına olan istəyi, vətənə olan sevgisi onu apardı hərbiyə. Maşın sürməyə həvəsi vardı. Maşın sürərkən sanki dincəlirdi. Balıq tutmaq isə onun hobbisi idi. Hər getdiyi ovdan mütləq nəsə gətirərdi. Belə oğulu itirmək bizimçün çox çətindir. Onun şəhid olmağı bizi dərindən sarsıtdı. Biz bu dərdin öhdəsindən necə gələcəyik bilmirəm...
Ata: Əkbərov Natiq Dədəqulu oğlu Ana: Əkbərova Aybəniz Əfras qızı Qardaş: Əkbərov Zaur Natiq oğlu