Əkbərzadə Qalib Əbdüləhəd
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əkbərzadə Qalib Əbdüləhəd

Ata adı: Əbdüləhəd

🐣
Doğum — Lənkəran Darquba kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Lənkəran Kərgəlan kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Qalib Əbdüləhəd oğlu Əkbərzadə 2002-ci ildə aprelin 6-da Lənkaran rayon Kərgalan kəndində sadə, zəhmətkeş ailədə dünyaya gəlib, 2 bacının bir qardaşı idi. 2008-2019-cı illərdə Kərgalan kənd tam orta məktəbində təhsil alıb. Qalibin sevimli müəllimlərindən biri də ibtidai sinif müəlliməsi Çiçək Şəfiyeva olub. Qalib Lənkaran rayonunda yerləşən “Zirvə” idman klubunda 2 il idmanın ağır atletika növü ilə məşğul olub. Məşqiçi müəllimi Emil Qurbanov idi. Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Qaliblə eyni taleyi yaşayan məşqiçisi Emil müəllim Vətən müharibəsində şücaətlə vuraşaraq şəhid olub.

Məktəbi orta səviyyədə oxuyan Qalib ailəsinin və müəllimlərinin və sinif yoldaşlarının, dostlarının sevimlisi idi. Ən çox sevdiyi məşğuliyyət dəmirdən maşın düzəltmək idi. Komputer proqramlarına marağı olduğu üçün məhz bu sahədə görürmüş.

2020-ci il həiqiqi hərbi xidmətə yola düşüb. Ilk hərbi xidmətini Ağcabədi rayon N saylı hərbi hissədən başlayan Qalib Əkbərzadə Beylaqanda yerləşən hərbi hissələrin birində xidmətini davam etdirib.
2020-ci il 26 sentyabr Silahlı Qüvvələri əsgərləri Füzuli rayonunda təmas xəttində yerləşən strateji nöqtələrə yerləşdirilir.
Qalib sentyabrın 27-də Füzuli uğrunda gedən ağır döyüşlərdə mərdliklə vuruşub və başından yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Sentyabrın 28-də Kərgalan kənd qəbirsanlığında rayon icra nümayəndələrinin, Müdafiə Nazirliyinin əməkdaşlarının, minlərlə kənd sakinin, yaxınlarının, ailə üzvülərinin müşayəti ilə uğrunda canını qurban verdiyi torpağa tapşırılıb. Şəhidin tabutuna bürünmüş Azərbaycan bayrağı atası Əbdüləhəd Əkbərzadəyə təqdim olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Qalib Əkbərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Əkbərzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Əkbərzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qalib Əkbərzadə ölümündən sonra III “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Qayğıkeş, sakit, dinləməyi bacaran, xeyirxah bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lənkəran şəhər, Kərgəlan kənd orta məktəbi
İş Yeri Ofisiant
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əkbərov Əbdüləhəd Şirəli oğlu Ana: Əkbərova Aidə Ağaxan qızı Bacı: Əliyeva Fidan Əbdüləhəd qızı Bacı: İsmayılova Aygün Əbdüləhəd qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər