Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Şamil
Samir Ələkbərli 2 iyul 2002-ci ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olmuşdur. Əslən Şuşadan idi.
Samir Ələkbərli 2020-ci ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Samir Ələkbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Ələkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Ələkbərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Samir Ələkbərli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Samir Ələkbərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Valideyinlərinin dediyinə görə, saf, mehriban, utancaq, vətənpərvər gənc idi.
Ata: Ələkbərov Şamil Dayandur oğlu Ana: Ələkbərova Nəcibə Tapdıq qızı Bacı: Ələkbərli Samirə Şamil qızı Qardaş: Ələkbərli Samir Şamil oğlu