Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ələkbər
Əli Ələkbərov 12 oktyabr 1985-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. Sonra Xırdalan şəhərinə köçmüş və orada yaşamışdır. Bakı şəhər 157 nömrəli tam orta məktəbdə orta təhsilini, Azərbaycan Dövlət İqtisad Universitetində isə ali təhsilini almışdır. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Əli Ələkbərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın və Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Ələkbərov 17 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 1 ay sonra tapılan nəşi üzərində uzun müddət DNK analizi getdiyindən 21 noyabr 2020-ci ildə təhvil verilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Ələkbərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Ələkbərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əli Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, zəhmətkeş, ailəcanlı, qorxmaz, yardımsevər, mehriban, həyat eşqiylə dolu insan olub.
Ata: Ələkbərov Ələkbər Sadıq oğlu Ana: Bağırova Rəna Cahangir qızı Həyat yoldaşı: Ələkbərova Lalə Cəbrayıl qızı Oğlu: Ələkbərzadə Əkbər Əli oğlu Qızı: Ələkbərzadə Nazlı Əli qızı Qardaş: Ələkbərzadə Sadıq Ələkbər oğlu Bacı: Ələkbərova Ruhiyyə Ələkbər qızı