Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Fərmail
Röyal Ələkbərov 23 iyun 1994-cü ildə Naxçıvan MR-nın Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 2000-2008-ci illərdə kənd tam orta məktəbində təhsil alıb.
2008-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə liseyi bitirərək Bakı şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2015-ci ildə leytenant rütbəsi alaraq məzun olur və Daşkəsəndə yerləşən “N” saylı Hərbi Hissənin tağım komandiri vəzifəsində xidmətə başlayır və 2018-ci ilədək Murovdağ yüksəkliyində xidmətini davam etdirir. 2018-ci ildə baş leytenant rütbəsi alır. 2018-2020-ci illərdə Gəncədə “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət edir.
Röyal Ələkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərmiş, 16 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Röyal Ələkbərov İkinci Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Ələkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Röyal Ələkbərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Röyal Ələkbərov ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Vətənpərvər, cəsur, mehriban, gülərüz insan olduğu bildirilir.
Ata: Ələkbərov Fərmail Qurban oğlu Ana: Ələkbərova Faidə Qənbər qızı Bacı: Həsənova Röya Fərmail qızı