Ələsgərov Ceyhun Camal
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Ələsgərov Ceyhun Camal

Ata adı: Camal

🐣
Doğum — Ağdam
🕊️
Şəhadət — Gəncə
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur
Döyüşlərdə İştirak:
⚔️ Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ələsgərov Ceyhun Camal oğlu 1 dekabr 1958-ci ildə Ağdam rayonunda doğulmuşdur. 1965-ci ildə Ağdam rayon 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir.  1976-cı ildə Bakı Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuşdur.  1981-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatı üzrə Gəncə Yağ-Piy Kombinatının Yağ zavoduna sex rəisi təyin olunmuşdur. 1996-cı ildən Gəncə Qənnadı fabrikində baş mühəndis vəzifəsində çalışmışdır. 2016-cı ildən “AzərAlüminium” MMC-də növbə rəisi kimi fəaliyyət göstərmişdir. Ailəli, 2 övlad atası idi.

Gəncə sakini Ceyhun Ələsgərov 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Ələsgərov Ceyhun Camal oğluna şəhid statusu verilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit xasiyyətli, mərhəmətli, övladlarını, ailəsini, işini sevən insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağdam rayonu, 1 saylı orta məktəb
Ali Təhsil Bakı Politexnik İnstitutu
İş Yeri Azəraliminium MMC
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Ələsgərov Camal Şükür oğlu Ana: Ələsgərova Pəri İsmayıl qızı Qardaş: Ələsgərov Adil Camal qızı Bacı: Ələsgərova Elza Camal qızı Bacı: Ələsgərova Aygün Camal qızı Həyat yoldaşı: Ələsgərova Təranə Paşa qızı Oğlu: Ələsgərov Ülvi Paşa oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər