Ələsgərov Ələkbər İsgəndər
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Ələsgərov Ələkbər İsgəndər

Ata adı: İsgəndər

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Abşeron Hökməli qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ələkbər Ələsgərov 3 sentyabr 1998-ci ildə Bakı şəhərində Kubinkada anadan olmuşdur. 2015-ci ildə Mikayıl Müşfiq adına 18 saylı məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan dənizçilik kollecinə daxil olmuşdur. Nişanlı idi.
Ələkbər Ələsgərov 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Beyləqan rayon N saylı hərbi hissədə top komandiri olaraq həqiqi hərbi xidmət çəkmişdir.

Ələkbər Ələsgərov general Polad Həşimov'un ölümündən sonra könüllü orduya yazılmışdır. Ələkbər Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə savaşıb. Ələkbər Ələsgərov 1 oktyabr 2020-ci ildə Füzulinin Alxanlı kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Hökməli qəbiristanləğında dəfn edilib. Polkovnik-leytenant Zaur Cəfərov Ələkbərin xatirəsinə onun ad soyadını tankın üzərinə yazmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ələkbər Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Şəhid Ələkbər Ələsgərova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Çox mərd, saf, yardımsevər və mülayim xarakteri olan şəhidimiz hələ uşaq yaşlarından vətənpərvər idi. Məktəbdə nümunəvi şagird olan Ələkbər həm müəllim, tələbə yoldaşlarının, həm də iş və döyüş yoldaşlarının hər birinin qəlbində iz qoymuşdu.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri 18 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Ələsgərov İsgəndər Ələkbər oğlu Ana: Ələsgərova Sveta Baba qızı Qardaş: Ələsgərov Tərlan İsgəndər oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər