Ələsgərov Mətləb Vüqar
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Ələsgərov Mətləb Vüqar

Ata adı: Vüqar

🐣
Doğum — Ağstafa Köçəsgər kəndi
🕊️
Şəhadət — Füzuli Merdilli kəndi
📍
Dəfn Olunduğu Yer Ağstafa Köçəsgər kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mətləb Ələsgərov 1999-cu il iyulun 18-də Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. 2005–2016-cı illərdə A. Ələkbərov adına 2 saylı Köçəsgər kənd tam orta məktəbində, 2016–2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft mədən fakültəsində Neft-qaz qurğuları mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2020-ci ildə həmin fakültənin magistratura pilləsini qazansa da, hərbi xidmətlə əlaqədar təhsilini dondurub. Nişanlı idi.
Mətləb Ələsgərov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mətləb Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mətləb Ələsgərov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Köçəsgər kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Ələsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Mətləb Ələsgərov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mətləb çalışqan, vətənsevər bir insan idi. Dediyindən dönməzdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağstafa rayonu A.Ələkbərov adına 2 saylı Köçəsgər kənd tam orta məktəbi
Ali Təhsil Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Ələsgərov Vüqar Mətləb oğlu Ana: Ələsgərova Vüsalə Elman qızı Qardaş: Ələsgərova Vahid Vüqar oğlu Bacı: Ələsgərova Zeynəb Vüqar qızı Bacı: Ələsgərova Aygül Vüqar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər