Ələsgərov Ülvi Ceyhun
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Ələsgərov Ülvi Ceyhun

Ata adı: Ceyhun

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Gəncə
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ələsgərov Ülvi Ceyhun oğlu 23 iyul 1990-cı ildə Gəncə şəhərində doğulmuşdur.  1997-ci ildə Gəncə şəhər 32 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2010-2015-ci illərdə Gəncə Qənnadı fabrikində, 2015-2019-cu illərdə isə Gəncə şəhər Şəhidlər xiyabanının mühafizə xidmətində çalışmışdır. Subay idi.

Ələsgərov Ülvi 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində atası Ələsgərov Ceyhun və anası Ələsgərova Təranə ilə birlikdə həlak olmuşdur. Gəncə sakini Ələsgərov Ülvi 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşi tutulması nəticəsində həlak olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Ələsgərov Ülvi Ceyhun oğluna şəhid statusu verilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban,gülərüz, təmiz ürəkli, xoş izlər qoymağı sevən insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 32 saylı orta məktəb
İş Yeri Gəncə şəhər Şəhidlər Xiyabanında mühafizə xidməti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Ələsgərov Ceyhun Camal oğlu Ana: Ələsgərova Təranə Paşa qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər