Ələsgərova Təranə Paşa
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Ələsgərova Təranə Paşa

Ata adı: Paşa

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Gəncə
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ələsgərova Təranə Paşa qızı 28 yanvar 1965-ci ildə Gəncə şəhərində doğulmuşdur. 1972-ci ildə Gəncə şəhər 20 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1980-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.1980-ci ildə Gəncə Musiqi Texnikomunda (indiki Gəncə Musiqi Kolleci) Xalq çalğı alətləri fakultəsinin “Kamança” ixtisası üzrə təhsil almışdır.1987-1995-ci illərdə Ələsgərov Ceyhun Camal oğlu ilə ailə həyatı qurmuş, elə həmin ildən Gəncə Yağ-Piy Kombinatında laborant vəzifəsində çalışmağa başlamışdır. Ailəli, iki övlad anası idi.

Ələsgərova Təranə  2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Ələsgərova Təranə Paşa qızına şəhid statusu verilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, qayğıkeş, xoş xasiyyətli, xanım-xatın ana və həyat yoldaşı olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 20 saylı orta məktəb
İş Yeri Yağ-piy kombinatında laborant
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ana: Cəlilova Tamara Davud qızı Qardaşı: Cəlilov Xaliq Paşa oğlu Həyat yoldaşı: Ələsgərov Ceyhun Camal oğlu Oğlu: Ələsgərov Ülvi Ceyhun oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər