Ələsov Əli Aydın
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Ələsov Əli Aydın

Ata adı: Aydın

🐣
Doğum — Goranboy Tatarlı kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Goranboy Tatarlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əli Ələsov 1995-ci il yanvarın 8-də Goranboy rayonunun Tatarlı kəndində anadan olub. Ailəli idi. Bir qız övladı var.
2012-ci ildə hazırda ləğv olunaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilmiş Azərbaycan Müəllimlər İnstitutunun təhsildə sosial-psixoloji xidmət ixtisasına qəbul olunmuş, 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetindən həmin ixtisas üzrə məzun olmuşdur.
Azərbaycan Ordusunun leytenantı olan Əli Ələsov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Ələsov oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 29.12.2020-ci il tarixində Goranboy rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Ələsov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Əli Ələsov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Əli Ələsov ölümündən sonra III dərəcəli "Vətənə xidmətlərə görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Qorxmaz,vətənpərvər, mərd, cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Goranboy rayonu, S.Ocaqverdiyev adına Tatarlı kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Ələsov Aydın Əli oğlu Həyat yoldaşı: Məhərova Mətanət Bəylər qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər