Əlibəyli Şəhriyar Ramiz
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Əlibəyli Şəhriyar Ramiz

Ata adı: Ramiz

🐣
Doğum — Qəbələ Vəndam kəndi
🕊️
Şəhadət — Şuşa Xəlfəli yolu
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa ⚔️ Kəlbəcər ⚔️ Xocavənd ⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni
"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əlibəyli Şəhriyar Ramiz oğlu 25.10.1994-cü ildə  Qəbələ  rayonu  Vəndam  kəndində  dünyaya göz açmışdır.  2001-ci ildə  Vəndam 1 nömrəli  pilot məktəbində 1-ci sinfə qədəm qoymuş Şəhriyar Əlibəyli 2004-cü ilə qədər həmin məktəbdə təhsil almış,  daha sonra,  ailəsi ilə birgə Bakı şəhərinə köçdüyü üçün, təhsilini Badamdar qəsəbəsində 236 saylı tam orta məktəbdə  davam etdirmişdir. 2010-cu ildə C.Naxçıvanski adına hərbi  liseyə daxil olmuşdur.  Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan Şəhriyar  Əlibəyli 2018-ci ildən Qazax  rayonunda  "N" saylı hərbi hissədə  rabitəçi kimi fəaliyyət göstərmişdir. 2020-ci il 44 günlük Vətən  müharibəsi zamanı könüllu olaraq Xüsusi Təyinatlı Qüvvələr  qrupuna qoşularaq  Şuşa,  Xocavənd, Laçın, Kəlbəcər  uğrunda  döyüşlərdə ön cəbhədə  iştirak etmişdir. O, Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirib. 

Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Əlibəyli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində zabit olaraq iştirak etmişdir. Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.

Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Əlibəyli "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Əlibəyli "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Vətən müharibəsində iştirakına görə Şəhriyar Əlibəyli baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi.

Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənovun 22 aprel 2022-ci il  tarixli əmri ilə  Şəhriyar Əlibəyli “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.  

Şəhriyar Əlibəyli Vətən müharibəsində iştirak etdikdən sonra rəhbərlik tərəfindən bir sıra medal, fəxri fərman və təşəkkürnamələrlə təltif edilib.

5 mart 2023-cü ildə səhər saatlarında həmişəki kimi qanunsuz erməni silahlı dəstələri Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat və şəxsi heyət daxil etməyə cəhd göstərmişdir. Azərbaycan Ordusu tərəfindən qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri saxlanılaraq yoxlanılıb. Həmin yoxlama zamanı qarşı tərəf atəş açıb. Şəhriyar Əlibəyli insident zamanı yüksək döyüş nümunəsi göstərərək erməni hərbiçilərini məhv edib və qəhrəmancasına şəhid olub. Şəhriyar Əlibəylinin nəşi yaşadığı evə gətirilmiş və 6 mart 2023-cü ildə II Şəhidlər Xiyabanında dəfn edilmişdir. Mərasimdə hərbçinin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2023 tarixli  sərəncamına əsasın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu Şəhriyar Əlibəyli “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçusu Şəhriyar Əlibəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilətəltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsarətli, vətənpərvər hərbçi idi

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəmşid Naxçıvanski adına Hərbi Lisey
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əliyev Ramiz Abduləli oğlu Ana: Əliyeva Sahilə Vahid qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər