Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: İlham
Elvin Əlimərdanov 1994-cü ilin dekabr ayının 12-də Sumqayıtda anadan olub. Amma orta məktəbi Bolnisi rayonun Saraclı kəndində, öz kökünün bağlı olduğu doğma yurdda bitirib, sonra isə anası ilə yenidən Sumqayıta köçüblər. Elvin anasının yeganə övladı, ümidi, pənahı, arxa-dayağı, sevinci, arzusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Elvin Əlimərdanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşan döyüşlərində iştirak edib və 2020-ci il, oktyabrın 16-sı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elvin Əlimərdanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, qorxmaz insan olub.
Ata: Əlimərdanov İlham Şirin oğlu Ana: Allahverdiyeva Yeganə Seyfəddin qızı Bacı: Allaverdiyeva Arzu Biləndər qızı