Əliyev Asif Adil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Asif Adil

Ata adı: Adil

🐣
Doğum — Siyəzən Siyəzən rayonu, Zarat kəndi
🕊️
Şəhadət — Kəlbəcər Kəlbəcər rayonu
📍
Dəfn Olunduğu Yer Siyəzən Zarat kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə

Həyat Yolu və Şəhadət Tarixçəsi

Asif Adil oğlu Əliyev 2002-ci ildə Siyəzən rayonunda anadan olub. Asif Əliyev 2020-ci ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Asif Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, müharibədə iştirak edən ən gənc əsgərlərdən biri idi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Əliyev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Müharibə bitdikdən sonra Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirən Asif Əliyev 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqdı.

2021-ci il dekabrın 8-i saat 14:35-dən 15:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutmuşdur.Növbəti təxribat nəticəsində Asif Əliyev şəhid olmuşdur. Asif Əliyevin nəşi 8 dekabr 2021-ci ildə doğulduğu Siyəzən rayonunun Zarat kəndinə gətirilmiş və burada dəfn edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Atasının sözlərinə əsasən, şəhidimiz səmimi, mehriban, gülərüz insan idi. Öz zarafatları, maraqlı söhbətləri ilə hərkəsin qəlbinə yol tapmağı bacarırdı. Dostları ilə vaxt keçirməyi sevirdi. Həmçinin, Asif işgüzar idi, uşaq yaşlarından işləməyə həvəsi olmuşdur. Hərbiyə də böyük marağı var idi. Asifin hərbi rəisləri onun hərbi xidmət zamanı öz bilik və bacarıqlarına görə xidmət yoldaşlarından fərqləndiyini ailəsinə bildirmişlər. Asif vətən müharibəsi iştirakçısı olduğu üçün özünü xoşbəxt hiss edirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Zarat kənd orta məktəbi
İş Yeri ofisiant (Siyəzən rayonunda yerləşən restoranlarda)
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əliyev Adil Zahid oğlu (22.06.1969) Ana: Əliyeva Rəna Seyrulla qızı (22.05.1973) Bacı: İbrahimova Səfanə Adil qızı (11.08.1998)

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər