Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Nuru
Asim Əliyev 1999-cu il sentyabrın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 2006–2017-cı illərdə Düz Qırıqlı kənd tam orta məktəbində, 2017–2018-ci illərdə Azəbaycan Texnologiya Universitetində "Marketinq" ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini dayandırıb. Subay idi.
Asim Əliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
İkinci Qarabağ müharibəsində iştirakı
Redaktə
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Asim Əliyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Düz Qırıqlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asim Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Asim Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sadə, mehriban, qohumcanlı, mərd heç nədən çəkinməyən, döyüşlərdə ən öndə gedən, qorxmaz bir insan idi.
Ata: Əliyev Nuru Hüseyn oğlu Ana: Əliyeva Lalə Temran qızı Qardaş: Əliyev Naiq Nuru oğlu Bacı: Əliyeva Zeynəb Nuru qızı