Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Dilafət
Azər Əliyev 6 yanvar 1999-cu ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur. Əslən Şuşa rayonunun Çaykənd kəndindəndir. 2008-2019-cu illərdə Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd Alı Mustafayev adına tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, Nəzrin adlı qızı və şəhid olmasından sonra doğulan 29.04.2021-ci ildə doğulan Əli adlı oğlu yadigar qaldı.
Azər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azər Əliyev 2019-cu ildən Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Azər Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Ağdamın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 15 oktyabr 2020-ci ildə Xocavənd döyüşləri gedişatında Xocavənd rayonunun Nərgiztəpə kompleksi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir. Uzun müddət koma vəziyyətində olan Azər Əliyev 28 yanvar 2021-ci ildə müalicə aldığı xəstəxanada şəhid olmuşdur. 29 yanvar 2021-ci ildə doğulduğu Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində torpağa tapşırılmışdır.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Azər Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənini, torpağını sevən bir igid idi.
Ata: Əliyev Dilafət Böyükkişi oğlu Ana: Əliyeva Şükufə Sarı qızı Həyat yoldaşı: Əliyeva Jalə Mətləb qızı Qızı: Əliyeva Nəzrin Azər qızı Oğlu: Əliyev Əli Azər oğlu