Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Əsgər
Azərbaycan Ordusunun leytinantı olan Babək Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və fərqlənmişdir.
Vətən müharibəsində iştirakına görə Babək Əliyev baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi.
Vətən müharibəsindən sonra 2022-ci ilin avqust ayının əvvəllərində Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” əməliyyatında iştirak edərək bir sıra əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsində şücaət göstərir. Qeyd edək ki, “Qisas” əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlılarının bir neçə döyüş mövqeyi dağıdılmış, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilmiş, həmçinin bir neçə hərbi nəqliyyat vasitəsi və çoxlu sayda döyüş sursatları sıradan çıxarılmışdır.
“Qisas” əməliyyatından sonra bölmələrimiz tərəfindən nəzarətə götürülmüş ərazilərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işlərinə başlanılır. 5 avqust 2022-ci ildə Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində qəhrəmanımız Babək Əliyev şəhidlik zirvəsinə ucalır.
Avqustun 6-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi keçirildi. İzdihamla qarşılanan şəhidimizin cənazəsi “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə doğulduğu Culfa rayonunun Ləkətağ kəndində son mənzilə yola salındı.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Babək Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Babək Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Əliyev Əsgər Bayram oğlu Ana: Əliyeva İradə Səməd qızı Bacı: Əliyev İfadə Əsgər qızı Bacı: Əliyev Turanə Əsgər qızı Bacı: Əliyev Leyla Əsgər qızı