Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Ata adı: Elman
Bəhruz Əliyev 24 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Cəfər Cabbarlı adına 187 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2013-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 9 illik ümumi orta təhsili başa vurduqdan sonra təhsilini Aşpaz ixtisası üzrə Maştağa qəsəbəsindəki 13 saylı Bakı Peşə Məktəbində 2 il davam etdirib. Peşə təhsilini 2015-ci ildə tamamlayır.
2019-cu ilin sentyabr ayından sənədlərini hazırlayır və oktyabr ayının 22-də hərbi xidmətə yola düşür. Goranboy rayonunun Ballıqaya kəndində N saylı hərbi hissədə xidmətə başlayır. 2019-cu il noyabr ayının 9-u Hərbi Andiçmə mərasimi baş tutur. Xidmətini bir müddət orada, sonra isə Tərtər rayonunun Sarov kəndində davam etdirir. Daha sonra yenidən Goranboy rayonuna qayıdır. Goranboy rayonu Tap Qaraqoyunlu kəndində N saylı hərbi hissədə bir müddət motoatıcılıq kurslarına cəlb edilir.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qoşulur. Müharibənin ilk günündə düşmənin 2 tankını, dəqiq atəşlə 60-a yaxın əsgərini məhv edərək qəhrəmanlıqla döyüşür. Yaralı əsgər yoldaşlarının döyüş zonasından çıxarılmasına da köməklik edir. Sentyabrın 28-i son dəfə yaralı əsgər xilas edib döyüşə qayıdanda düşmənin atdığı minamyotun qəlpələri sağ ayağını ağır yaralayır. Hospitala çatdırılarkən kəskin qanitirmədən yolda şəhidlik zirvəsinə ucalır. Sentyabr ayının 29-u böyüyüb, boya-başa çatdığı Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliyev Bəhruz ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əliyev Bəhruz ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əliyev Bəhruz ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əliyev Bəhruz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, sevimli, gözəl xasiyyətə malik oğul idi.
Ata: Əliyev Elman Ağasəf oğlu Ana: Əliyeva Leyli Abbaslı qızı Qızı: Əliyeva İradə Elman qızı