Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Samir
Cavid Əliyev Samir oğlu 10 avqust 2001-ci tarixində Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 2008-ci ildə 8 saylı tam orta məktəbdə təhsil almağa başlamışdır. Daha sonra məktəbi dəyişərək 23 nömrəli tam orta məktəbə keçmişdir. Cavid Əliyev hələ 11 yaşlarından güləş idman növü ilə məşqul olmağa başlamış və idman həyatında bir neçə uğura imza atmışdır. 2019-cü ildə 23 nömrəli tam orta məktəbin məzunu olmuşdur.8 yanvar 2020 - ci ildə müddətli hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020 - ci il tarixində başlayan Vətən müharibəsində iştrak etmişdir.
Cavid Əliyev Tərtər (Suqovuşan kəndi), Xocavənd (Ağoğlan (Hadrut) qəsəbəsi), Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonları uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Füzuli istiqamətindəki döyüşlərdə, 19 yaşında olan qəhrəman, mühasirəyə alınaraq, düşmən tankını dəqiq bir zərbə ilə məhv edərək rotasını xilas etdi.Bu döyüşdən çıxaraq, işğal olunmuş torpaqları azad edərək yoluna davam etdi.
Ən son 3 noyabr 2020-ci il tarixində Şuşa rayonu uğrunda gedən döyüşlərdə yaralı komandirini xilas etmək istəyərkən, qəhramanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. 6 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavid Əliyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Cavid Əliyev “Füzulinin azad olunmasına görə” medalı ilə ilə tətif edilib.
Xoş xasiyyətli, vətənpərvər, ailəcanlı insan idi.
Ata: Əliyev Samir Cavanşir oğlu Ana: Əliyeva Təranə Əkbər qızı Qardaş: Əliyev Cavanşir Samir oğlu Bacı: Əliyeva Mədinə Samir qızı Qardaş: Əliyev Fərid Samir oğlu