Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Ələkbər
Elçin Əliyev 15 yanvar 1997-ci ildə Neftçala rayonunun Mikayıllı kəndində anadan olmuşdur. Elçin 1 yaş 6 aylıq olarkən anası dünyasını dəyişir. 3 bacının tək qardaşı olan Elçin atası ilə yaşayırdı. 2002-ci ildə Neftçala rayonu Mikayıllı kənd məktəbində 1-ci sinfə daxil olmuş və həmin məktəbin məzunu olmuşdur.
Elçin Əliyev 2015-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Tərtər rayonunda etmişdir. 2016-ci ildə baş vermiş Aprel döyüşlərində də iştirak etmişdi.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elçin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı döyüşə qatılır. O, Füzuli, Qubadlı və Zəngilanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elçin Əliyev oktyabrın 21-də Qubadlının Sınıq körpü adlı ərazisində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. O, oktyabrın 23-də doğulduğu Neftçala rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Elçin Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Əliyevi ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elçin Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elçin Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Elçin Əliyev sakit təbiətli, dostcanlı biri idi. Vətənini çox sevirdi.
Ata: Əliyev Ələkbər Təvəkkül oğlu Ana: Əliyeva Minurə İslam qızı Bacı: Əliyeva Aynurə Ələkbər qızı Bacı: Əliyeva Tünzalə Ələkbər qızı Bacı: Əliyeva Narxanım Ələkbər qızı