Əliyev Elçin Ramil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Elçin Ramil

Ata adı: Ramil

🐣
Doğum — Şirvan
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Şirvan Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elçin Əliyev 11 dekabr 2002-ci ildə Şirvan şəhərində anadan olub.

Elçin 28 yanvar 2021-ci ildə hərbi xidmətə yollanıb. 16 noyabr hadisələri zamanı Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan respublikasının dövlət sərhədində törətdiyi təxribatı nəticəsində şəhid olub.

2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Elçin Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 27.12.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elçin Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim, sakit, mehriban insan idi. Hamıya can yandırardı. Həmişə vətəni bütöv görmək istəyib. Nizamlı, intizamlı hərbi qulluqçu olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şirvan şəhər 18 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əliyev Ramil Ağabəy oğlu Ana: Əliyeva Aniyə Mirzəcan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər