Əliyev Elçin Rasim
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Elçin Rasim

Ata adı: Rasim

🐣
Doğum — Mingəçevir
🕊️
Şəhadət — Tərtər Talış kəndi
📍
Dəfn Olunduğu Yer Mingəçevir Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elçin Əliyev 4 mart 1994–cü ildə Mingəçevir şəhərində anadan olub. 2000-ci ildə 1-ci sinifi Qax rayon Qaşqaçay tam orta məktəbində, 11-ci sinifi 2011-ci ildə Mingəçevir şəhər S.Vurğun adına 16 saylı tam orta məktəbdə bitirmişdir.

2012-2013-cü illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində hərbi xidmət keçmişdir. Bu illər ərzində hərbi komandanlıq və şəxsi heyət adından təşəkkürnamə almışdır.

27 oktyabr 2014–cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinə Gizir Hazırlıq Kursuna Döyüş Maşın (BMP-2 (yüngül zirehli texnika)) Komandiri – Manqa Komandiri ixtisası üzrə qəbul olunmuşdur. Daha sonra 29 yanvar 2015–ci ildə kursu bitirmiş və Hərbiçi olaraq xidmətini davam etdirmək üçün Mingəçevir şəhər N saylı Hərbi Hissə Komandirinin sərəncamına göndərilmiş, Hərbi hissənin 1-ci Taborunda Döyüş Maşın Komandiri vəzifəsində xidmət etməyə başlamışdır.

2017-2019–cu illər ərzində Ağdam rayon N saylı Hərbi Hissəsində eyni vəzifədə çalışmış və daha sonra təyinatı yenidən Mingəçevir şəhərinin Hərbi Hissəsinə verilmişdir.

Elçin Əliyev Rasim oğlu 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş 4 günlük Aprel döyüşlərinin qəhrəman iştirakçılarındandır.

Azərbaycan Ordusunun Quru Qoşunları giziri olan Elçin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Murovdağ, Ağdərə - Tərtər rayonları istiqamətində gedən döyüşlərin iştirakçısıdır. Vətən müharibəsi zamanı ən son Tərtər rayonunun Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əliyev sentyabrın 28-də Talış kənd döyüşlərində ön səddin qırılması və növbəti postun alınması zamanı olduğu hərbi zirehli maşının (Tuşlayıcı əskərinin yerinə döyüş zamanı özü keçmişdi) minamyotla vurulması nəticəsində şəhid olmuşdur. Uzun axtarışdan sonra oktyabrın 4-də Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.
2017-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 99-cu il dönümü  və birinci tədris dövrünün nəticələrinə görə Fəxri Fərmanla Təltif edilmişdir. 2018–ci ildə Aprel döyüşlərində qəhrəman iştirakına görə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 100-cü il dönümündə medalla təltif edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rasim oğlu Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elçin Rasim oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim zəhmətkeş, tərbiyəli, dürüst insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Mingəçevir şəhər 16 saylı məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əliyev Rasim Zərnixar oğlu Ana: Əliyeva Ulduz Firidun qızı Qardaş: Əliyev Elvin Rasim oğlu Bacı: Əliyeva Leyla Rasim qızı Bacı: Əliyeva Turanə Rasim qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər