Əliyev Əli Cavad
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Əli Cavad

Ata adı: Cavad

🐣
Doğum — Şərur Yengicə kəndi
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Şərur Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əliyev Əli Cavad oğlu 01 sentyabr 1997-ci ildə Şərur rayonu Yengicə kəndində anadan olmuşdur. Orta təhsilini Heydər Əliyev adına Hərbi liseydə aldıqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur. 

Vətən Müharibəsində iştirak edən Əli Əliyev bir sıra rayonlarımızın azad edilməsində böyük rəşadət göstərib. Vətən Müharibəsində iştirakına görə Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Əliyev Əli Cavad oğlu Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən 13 sentyabr 2022-ci il tarixində şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əliyev Əli Cavad oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və   “Azərbaycan bayrağı”  ordeni ilə təltif edilmişdir.  

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, daima vətən eşqi ilə alışıb yanan insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Heydər Əliyev adına Hərbi Lisey
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əliyev Cavad Hacı oğlu Ana: Əliyeva Nailə Süleyman qızı Qardaş: Əliyev Hacı Cavad oğlu Bacı: Əliyeva Nuray Cavad qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər