Əliyev Elmir Süleyman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Elmir Süleyman

Ata adı: Süleyman

🐣
Doğum — Ağdam İsmayılbəyli kəndi
🕊️
Şəhadət — Ağdam
📍
Dəfn Olunduğu Yer Ağdam Quzanlı Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Ağdam

Təltif Edildiyi Orden və Medallar

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elmir Əliyev 1980-ci il noyabrın 22-də Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. 1987–1993-cü illərdə Ağdam rayonunda Pirzatlı kənd tam orta məktəbində, 1993–1997-ci illərdə Bərdə rayonunda A. Məlikov adına Şorəlli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. İki övladı yadigar qaldı.
Elmir Əliyev 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elmir Əliyev noyabrın 3-də Ağdam rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elmir Əliyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elmir Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, ailəsinə qəlbən bağlı, sakit təbiətli bir insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bərdə rayonu, Şorəlli kənd tam orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ana: Məmmədova Rusət Məhərrəm qızı Qardaş: Əliyev Elnur Süleyman oğlu Bacı: Əliyeva Ceyhunə Süleyman qızı Həyat yoldaşı: Əliyeva Zümrud Cəlil qızı Qızı: Əlizadə Nurgül Elmir qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər