Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ərəstun
Əliyev Elnur Ərəstun oğlu 10 fevral 2000-ci ildə Göyçay rayonunda anadan olub. 2005-ci ildə Göyçay rayon Nizami adına 7 nömrəli məktəbin 1-ci sinifinə daxil olub və 2016-ci ildə tam orta məktəbi bitirib.
Elnur Əliyev 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə müddətdən artıq xidmət edən hərbi qulluqçusu idi. Hərbi xidmətini fərqlənmə və çavuş rütbəsi ilə bitirib. 2020-ci ilin mart ayında Tərtərdə MAHHXHQ kimi xidmətə başlayıb. Xüsusi Təyinatlı Qüvvələrin kursunu birinciliklə 500 nəfərin içindən seçilməklə bitirib. Cəlilabad rayonunda N saylı hərbi hissədə Xüsusi Təyinatli Qüvvələrin MAHHXHQ kiçik çavuş kimi fəaliyyətə davam edib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Əliyev oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Göyçay rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Əliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Əliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021 -ci il tarixli sərəncamına əsasən Elnur Əliyev ölümündən sonra "Azərbaycan bayrağı " ordeni ilə təltif edildi
Elnur uşaqlıqdan cəsurlugu mərdliyi ilə yoldaşlarınan seçilirdi. Ailəsinə dostlarına çox baglıydı. Hər zaman arzuluyurdu hərbiçi olmagı. Əsgərlik zamanı yazdıgı məktubuda bu şərəfli yolu seçməyinin təsadüfü olmadıgın bilə bilə şəhadəti seçdiyin göstərir. Bu məqsədlədə xidməti bitən kimi yenidən ordu sıralarına qayıdıb XTQ mənsubu oldu.
Məktubunun son hissəsi.. ". İşğal olunmuş torpaqlarımızın hər qarışında gəzən erməni dığaları qoy bilsinlər ki, biz türk oğlu olaraq onları öz torpaqlarımızdan çıxararaq və orada üç rəngli bayrağımızı dalğalandıracayıq. Bundan ötrü qanımı və canımı əsirgəməyəcəm. Əziz valideynlərim sizdən çox xahiş edirəm ki, mənim hərəkətlərimə məni bağışlayasınız. Əgər şəhid olsam əziz anam oğul deyib ağlama düşmənlərimiz sevinməsin. Sən daha da fəxr etki sənin oğlunun üstündə üç rəngli bayraq dalğalanır. Nəvələrinə dayılarının necə igidcəsinə torpaqlarımızın alınmasından ötrü canından keçdiyini danış. Qoy onlarda fəxr etsin. Mən şəhid oldum deyə pis olma daha da sevin ki, torpaqlarımızın 1%-ni belə ermənilərdən almağa nail ola bilmişik. Şəhid olmaq ən böyük zirvənin başında olmaq deməkdir. Mənim bu hərəkətlərimə görə sizdən məni bağışlamağınızı xahiş edirəm və mənim bu yolda getməyimə mane olmayın.
Sizin oğlunuz Əliyev Elnur Ərəstun: 21.01.2019
{248-günüm qalıb}
Ata: Əliyev Ərəstun Hüseyn oğlu Ana: Əliyeva Tahirə Cavad qızı Bacı: Sadıqova Xalidə Ərəstun qızı Bacı Sadıqlı Lalə Ərəstun qzı