Əliyev Elqaş Barat
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Elqaş Barat

Ata adı: Barat

🐣
Doğum — Lerik Bırkandul kəndi
🕊️
Şəhadət — Xocavənd Qırmızı Bazar qəsəbəsi
📍
Dəfn Olunduğu Yer Lerik Bırkandul kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elqaş Əliyev 12 fevral 1999-cu ildə Lerik rayonunun Bırkandul kəndində anadan olmuşdur. Lerik rayon Zahid Həsənov adına Bırkandul kənd ümumi orta məktəbində IX sinfə qədər təhsil almış, ardınca Ənvər Nəciyev adına Vistən kənd tam orta məktəbində orta təhsilini tamamlamışdır.
E. Əliyev 18 yaşında həqiqi hərbi xidmətə yollanmış, xidmət müddəti bitdikdən sonra isə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi orduda fəaliyyət göstərmişdir.

Elqaş Əliyev 27 sentyabr 2020-ci ildən etibarən İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbhənin müxtəlif istiqamətlərində şücaət göstərən Elqaş, 3 noyabr tarixində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Döyüş yoldaşları onu müstəsna dərəcədə cəsur bir döyüşçü kimi xarakterizə etmişlər.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elqaş Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elqaş Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elqaş Əliyev ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elqaş Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elqaş Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit, mehriban, qayğıkeş, vətənpərvər bir gənc olub. At çapmağı çox sevirmiş. Poeziyaya və fars dilini öyrənməyə böyük maraq göstərirmiş.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lerik rayonu, Ənvər Nəciyev adına Vistən kənd tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əliyev Barat Canəli oğlu Ana: Fərəcova Sədaqət İdris qızı Qardaş: Fərəcov Eldin Barat oğlu Qızı: Əliyeva Reyhanə Barat qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər