Əliyev Elsevər Hikmət
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Elsevər Hikmət

Ata adı: Hikmət

🐣
Doğum — Xaçmaz Qusarçay kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Xaçmaz Qusarçay kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elsevər Əliyev 2001-ci il avqust ayının 7-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailədə iki bacının tək qardaşı idi. Elsevər orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanıb. Xidmətdə fərqləndiyinə görə bir neçə dəfə valideynlərinə təşəkkür elan olunub.

Vətən müharibəsi başlayanda Elsevər ailəsinə zəng edərək halallıq istəyib və döyüşlərə qatılıb. Füzulinin yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə Elsevər və əsgər yoldaşları şücaət göstərib, düşmənə ağır zərbələr vurublar. OKtyabr ayının 1-də şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elsevər Əliyev  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailə üzvülərinin və tanışlarının məlumatına görə Elsevər elə uşaq yaşlarından hərbiçi olmağı arzulayırdı. Ürəyində vətən sevgisi ilə böyümüşdü. Torpaqlarımızın işğal altında olması ilə barışmırdı. Həmişə inanırdı ki, torpaqlarımız işğaldan azad olunacaq. Döyüş yoldaşları hamısı onu çox istəyirdi. Mərd olaraq düşmənin üzərinə heç nədən qorxmadan gedirdi. Əsgərlikdə digər yoldaşlarından məhz bu xüsusiyyətlərinə görə seçilirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xaçmaz rayonu, Qusarçay kənd orta məktəbi
İş Yeri Satıcı
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əliyev Hikmət Muradxan oğlu Ana: Əliyeva Ülviyyə Yusif qızı Bacı: Əliyeva Gültəkin Hikmət qızı Bacı: Əliyeva Zəkiyyə Hikmət qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər