Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Elman
Əliyev Emil Elman oğlu 25 fevral 1986-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 4-cü sinifə qədər Naxçıvan şəhəri 12 saylı tam orta məktəbdə təhsil alan Emil, 1996-cı ildən Bakıda təhsil almağa başlayır və Novruzov qardaşları adına 36 saylı tam orta məktəbdən məzun olur.
2005-ci ildə imtahanlardan yüksək nəticələr əldə edərək Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının Sərhəd Qoşunları fakültəsinə qəbul olur. 2009-cu ildə həmin Akademiyanı müvəffəqiyyətlə bitirir və zabit kimi DSX-nın Şəmkir sərhəd dəstəsinin Ağgöl sərhəd zastavasında xidmətə başlayır. 2009-cu ildən 2011-ci ilə kimi Ağgöl zastavasında sonra isə Şəmkir sərhəd dəstəsinin qərargahında xidmət etmişdir.
2011-ci ildə təyinatını Aviasiya dəstəsinə almış, buradan mühəndis-pilot ixtisası üzrə hazırlıq kursuna göndərilmiş. kursu bitirdikdən sonra isə Aviasiya dəstəsində Pilot kimi fəaliyyət göstərməyə başlamışdır.
2014-cü ildən öz istəyi ilə uçuşlara rəhbərlik qrupunda xidmətə başlamışdır.
Xidmət dövründə 3- cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, 3- cü dərəcəli “Qüsursuz xidmətə görə”, 2-ci dərəcəli “Qüsursuz xidmətə görə”, "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi", "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi", "Azərbaycan Sərhəd Mühafizəsinin 100 İlliyi", “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əliyev Emil "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Əliyev Emil 30 Noyabr 2021-ci ildə Səngəçaldan qalxan helikopterin Xızı rayonunda yerləşən Qaraheybət Aviasiya poliqonuna enişi zamanı qəzaya uğraması nəticəsində 13 nəfər ekipaj üzvü ilə birlikdə şəhid olmuşdur
Ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Emil Əliyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhid mayor Əliyev Emil Elman oğlu İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Mərd, vətənpərvər, nümunəvi zabit idi
Ata: Əliyev Elman İslam oğlu Ana: Əliyeva Şəmidə Mahmud qızı Qardaş: Əliyev Emin Elman oğlu Bacı: Əliyeva Günel Elman qızı Həyat yoldaşı: İbrahimova Aynur Umudvar qızı Oğlu: Əliyev Aydar Emil oğlu