Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Hamlet
Fərid Əliyev 22 mart 2001-ci ildə İsmayıllı şəhər Kürdmaşı kəndində anadan olmuşdur. 2007-ci ildə C.Həsənov adına Kürdmaşı kənd tam orta məktəbinə daxil olmuşdur. 2018-ci ildə məktəbi bitirmişdir. 2018-ci ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin "Turizm və onun təşkili" ixtisası üzrə qəbul olunmuşdur. 2019-cu ildə təhsilinə fasilə verərək hərbi xidmətə getmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Fərid Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Fərid Əliyev sentyabrın 28-də doğulduğu İsmayıllı rayonunun Kürdmaşı kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərid Əliyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Fərid öz tərbiyəsi, nümunəvi davranışları ilə istər oxuduğu məktəbdə istər kənddə istərsədə oxuduğu kollecdə böyük hörmət qazanmışdır. Fəridin ən böyük keyfiyyəti onun vətənpərvərliyi idi. Hərbiçi olmaq istəyi də bundan irəli gəlirdi.
Ata: Əliyev Hamlet Sabir oğlu Ana: Vəliyeva Rəna Sirac qızı Bacı: Fəridli Sənubər Hamlet qızı