Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Pirəli
Fərid Pirəli oğlu Əliyev 1994-cü il avqustun 14-də Bakı şəhərində anadan olub. 132 saylı orta məktəbdə təhsil alan Fərid, məktəbi bitirdikdən sonra 17 sayılı Bakı Peşə Liseyində oxuyub. Liseyi başa vurduqdan sonra 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. 2014-cü ildə hərbi xidmətdən qayıdaraq, mülki həyata davam edib.
Vətən müharibəsi dövründə Fərid baş rabitəçi vəzifəsini yerinə yetirib. Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 5-i Şuşa istiqamətində Fərid dörd nəfər - polkovnik, zabit, rabitəçi və əsgərlə birlikdə döyüşdə olan silahdaşlarına sursat aparmağa yola düşüb. Yolda həmin maşın ermənilər tərəfindən vurulub. Bunun nəticəsində Fəridlə bərabər maşının içindəki digər yoldaşları da şəhidliyə ucalıb.
Ölümündən sonra Fərid Pirəli oğlu Əliyev Prezident Sərəncamları əsasında “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə", “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Fərid Əliyev “Cəbrayılın azad olunmasına görə” medalı ilə tətif edilib.
Fərid çox sakit təbiətli, mehriban, sevimli biri olub. Vətənini sevən, torpağına bağlı idi.
Ata: Əliyev Pirəli Rəhəddin oğlu Ana: Əliyeva Pərvanə Ələsgər qızı Bacı: Ramazanova Nərgiz Pirəli qızı Oğlu: Əliyev Murad Fərid oğlu Qızı: Əliyeva Fəridə Fərid qızı Qızı: Əliyeva Elnarə Fərid qızı