Əliyev İbrahim Mustafa
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev İbrahim Mustafa

Ata adı: Mustafa

🐣
Doğum — Kəngərli Qabıllı kənd
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Kəngərli Qabıllı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əliyev İbrahim 1997-ci il 17 fevral-da Kəngərli rayonunun Qabıllı kəndinə anadan olub. 2003-2011-ci illərdə Qabılı kənd tam orta məktəbində, 2011–2014-cü ildə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb.2014–2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində(AAHM) ali hərbi təhsil alıb. Subay idi.

2018-ci ildə Ali hərbi məktəbi fərqlənmə diplomu ilə bitirib leytenant kimi şərəfli xidmətinə başlayır. Xidməti zamanı da bir çox müvəffəqiyyətlərə imza atır. "Azərbaycan Ordusunun yaranmasının 100 illiyi" medalına, diplom və sertifikatlara layiq görülür. 2020-ci ildə Türkiyədə keçirilən xüsusi kəşfiyyat kursunu da uğurla tamamlayıb Vətənə qayıdır.

Azərbaycan Ordusunun leytenantı olan Əliyev İbrahim 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı İbrahim sentyabrın 30-u Suqovuşan istiqamətində şəhidlik zirvəsinə yüksəlir.Lakin nəşi 70 gün sonra tapılır, dekabrın 7-də göz açdığı doğma Qabıllı kəndində torpağa tapşırılır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

2020-ci ildə, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərməsinə görə Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Əliyev, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İbrahim Əliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İbrahim Əliyev ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, igid, cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Heydər Əliyev adına hərbi lisey
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əliyev Mustafa İbrahim oğlu Ana: Əliyeva Xəzangül Əbdülhüseyn qızı Bacı: Əliyeva Rahibə Mustafa qızı Bacı: Əliyeva Gülbahar Mustafa qızı Bacı: Əliyeva Asudə Mustafa qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər